Kosmin Kontra: Mənim Elhad Nəziriyə inamım var
02.03.2013 - 15:46
Kosmin Kontra: Mənim Elhad Nəziriyə inamım var
“Qalatsda biz əla oynadıq. “Otselul”a qarşı komanda halında çox gözəl oyun nümayiş etdirdik. Ümid edirəm ki, bu dəfə də layiq olduğumuz 3 xalı qazanacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Patrolul”un baş məşqçisi Kosmin Kontra deyib.

Rumıniya yığmasının canlı əfsanəsi KSMS ilə sabah Ployeştidə baş tutacaq oyundan əvvəl braziliyalı futbolçu Gilyerme ilə birgə mətbuat konfransı keçirib. Komandanın məğlubiyyətsiz oyunlar seriyasını uzatmaq istədiklərini ifadə edən Kontra sağ cinah oyunçusu Sebastyan Akimdən başqa, hamının oyuna hazır olduğunu bildirib: “Mənim bütün oyunçulara inamım var. Ona görə də əminəm ki, onlar KSMS ilə matçda əllərindən gələni edəcək”.

Qeyd edək ki, milli komandamızın üzvü Elhad Nəziri sabah “Petrolul”da rəsmi debütünü gerçəkləşdirə bilər.