“Turan”la qarşılaşmada qələbə bizə hava-su kimi gərəklidir”
02.03.2013 - 16:28
“Turan”la qarşılaşmada qələbə bizə hava-su kimi gərəklidir. Heç bir matça arxayın çıxmaq fikrimiz yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.
O, sabah baş tutacaq “Turan”la görüşdə arxayınçılığa əsas görmür: “Rəqibə hörmətlə yanaşırıq. Əgər üç xal istəyiriksə, bütün qüvvəmizi sərf etməliyik. Xal itkisinə yol verə bilmərik. Rəqibin turnir cədvəlindəki mövqeyi həlledici deyil. Meydanda döyüşən tərəf qalib gəlir”.

0
0