AZAL üçün təsəlli rekordu
03.03.2013 - 18:00
AZAL üçün təsəlli rekordu
AZAL 5 aylıq fasilədən sonra böyük hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” Topaz Premyer Liqasının XXII turunda Şüvəlandakı doğma stadionunda bu gün “Qarabağ”ı 6:2 hesabı ilə məğlub etməklə, cari mövsümdəki öz rekordunu yeniləyib. Vaqif Sadıqovun baş məşqçisi olduğu komanda sonuncu belə inamlı qələbəsini V turda – ötən ilin sentyabrın 16-da “Qarabağ”ı 6:1 hesabı ilə yenərək qazanmışdı.

Onda da rəqib qapısına 6 dəfə yol tapan AZAL qolları sonradan buraxmışdısa, bu dəfə ilk olaraq oyuna mərkəzdən başlayaraq, əzmkar qələbə qazanıb.

Ancaq bu, təsəllidən başqa bir şey olmayıb. Çünki “Bakı” da qalib gəldiyindən, AZAL ondan 1 xal geri qalaraq, “altılığ”a düşə bilməyib. Bu vəzifəni hələ ötən turda yerinə yetirən “Qəbələ” isə nəinki cari mövsümdə, 8 illik tariixndə ən böyük hesablı məğlubiyyətlərdən birini alıb.