Emin Quliyev: İndiki vəziyyətdə çox məyusam
03.03.2013 - 18:02
Emin Quliyev: İndiki vəziyyətdə çox məyusam
“İndiki vəziyyətdə çox məyusam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev deyib. İspaniyalı Karles Martorell Bakesin istefa verməsindən sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edən gənc çalışdırıcıbugünkü nəticəyə görə üzülüb. Belə ki, lənkəranlılar Topaz Premyer Liqasının XII turunda bu gün evdə “Sumqayıt”la 2:2 hesablı bərabərliyə qalaraq, “altılığ”a düşə bilməyib.

Quliev komandasından 2 dəfə hesabda geridə olaraq, penaltidən tarazılıq yaratdığı matçda razı qalmayıb: “Komandamın loyunundan narazı qalıb. Bu gün gözlədiyimiz oyunu nümayiş etdiə bilmədik. Fərqlənmək üçün imkanlarımız olsa da, bunu qola çevirməyi bacarmadıq. Sonadıək mübarizə apardıq. “Sumqayıt”a 1 xal münasibətilə təbrik edərək, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.