Topaz Premyer Liqası: Yubiley qolu, rekord və antirekord
04.03.2013 - 10:44
Topaz Premyer Liqası: Yubiley qolu, rekord və antirekord
Topaz Premyer Liqasında mövsümün 300-cü qolu vurulub. Apasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunundakı 3:0 hesablı texniki qələbə nəzərə alınmasa, təsnifat mərhələsinin son turunadək 295 qol vurulmuşdu. Günün 5-ci qolu yubiley xarakteri daşımalı idi.

Eyni saatda başlayan AZAL – “Qəbələ” və “Bakı” - “Rəvan” matçlarının hər ikisinin 12-ci dəqiqəsində qol vurulub. Bunadək artıq 4 top qeydə alınmışdı. Mustafa Dabonun AZAL-a, Şəhriyar Rəhimovun “Bakı”ya vurduğu qollar 300-ə şərik oldular. 2012/13 mövsümünün ilk qolunu “Kəpəz”də oynadığı vaxt İrakli Beraya, 100-cü qolunu “İnter”li Nizami Hacıyev, 200-ü AZAL-ın hücumçusu Zohair Benouahi vurub.

XXII turun 6 oyununda qapılara ümumilikdə 21 qol qeydə alınıb. Bu da mövsümün yeni rekordudur. Bunadək ən çox 19 qol idi ki, o, 2 dəfə - XI və XIII turlarda vurulmuşdu. Son turun orta məhsuldarlığı 3,50-yə bərabər olub. Cəmi 4 matçın baş tutduğu IV turda da orta rəqəm 3,50 idi. Ən az – 7 qol isə VII və X turlara təsadüf edib. Belə ki, VII turda 5, X turda isə 6 matça bu qədər top vurulub. 6 oyun təxirə salındığı üçün müxtəlif vaxtlarda baş tutub.

Tur
oyun
Qol
orta
1
5
13
2,60
2
6
11
1,83
3
6
17
2,83
4
4
14
3,50
5
6
17
2,83
6
5
13
2,60
7
5
7
1,40
8
6
10
1,67
9
6
12
2.00
10
6
7
1,17
11
6
19
3,17
12
6
11
1,83
13
6
19
3,17
14
6
13
2,17
15
6
15
2,5
16
5
11
2,2
17
6
11
1,83
18
5
13
2,6
19
6
16
2,67
20
6
18
3
21
6
13
2,17
22
6
21
3,5
Təxirə salınan oyunlar
6
15
2,5
Cəmi
131
316
2,41

Nəticəsi ləğv olunan “Simurq” – “Rəvan” oyunu nəzərə alınmamaqla, təsnifat mərhələsində 131 matç keçirilərək, 316 qol vurulub. Orta məhsuldarlıq 2,41-ə bərabər olub. Bu qolların 183-nü meydan sahibləri, 133-nü qonaqlar vurub. İlk hissədə 143, fasilədən sonra 173 qol olub. Meydan sahibləri hər 2 hissədə (82:61 və 101:72) qonaqlardan çox fərqlənib. 316 qoldan 24-ü penaltidən vurulub. 8-i isə avtoqol kimi qeydə alınıb. Təsnifat mərhələsində 2 poker, 1 het-trik, 22 dubla təsadüf olunub.

Qol sayında rekordla əlamətdar olan XXII turda bir antirekord da qeydə alınıb. “Kəpəz” – “Simurq” matçını cəmi 50 tamaşaçı izləyib. Gəncə təmsilçisinin “Dalğa Arena”da keçirdiyi ev oyunu Premyer Liqanın təsnifat mərhələsində ən az tamaşaçının qeydə alındığı oyundur.

Qeyd edək ki, ən çox tamaşaçı isə 19-cu turun “Xəzər Lənkəran” – “İnter” matçına təsadüf edib – 11000.