“Mançester Siti”dən “Real”a yardım
04.03.2013 - 22:35
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq “Real”a “qırmızı şeytanlar”ın əzəli rəqibi “Mançester Siti”dən yardım gəlib. Apasport.az saytının məlumatına görə, hazırda İngiltərədə olan “Kral klubu” bu matçın hazırlıqlarını çox maraqlı bir şəkildə davam etdirib.
Belə ki, Madrid təmsilçisi “Mançester Siti”nin “Etihad” stadionunda bir məşq reallaşdırıb.
Qeyd edək ki, “Mançester Yunayted” - “Real” qarşılaşması sabah “Old Trafford”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
İlk oyun isə Madriddə 1:1 hesablı bərabərliklə başa çatıb.

0
0