AFFA hansı komandanı çempionatdan çıxardı?
05.03.2013 - 15:53
AFFA hansı komandanı çempionatdan çıxardı?
Ağdaşı təmsil edən UGİM AFFA İntizam Komitəsinin qərarı ilə yarışlardan uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, U-14 və U-13 Liqalarında çıxış edən UGİM oyunlara gəlmədiyi üçün son tura görə texniki məğlubiyyət alıb. Üstəlik, bu klub oyunlara 3 dəfə gəlmədiyi üçün yarışlardan kənarlaşdırılıb.