Azad Rəhimov: “Topaz”la yox, “qara bazar”la mübarizə aparmaq lazımdır
05.03.2013 - 16:21
Azad Rəhimov: “Topaz”la yox, “qara bazar”la mübarizə aparmaq lazımdır
Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə “Topaz”ın ünvanına yönələn tənqidlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bu qurumun Azərbaycan idmanına verdiyi faydadan danışıb.

O bildirib ki, hazırda “Topaz”ın dövriyyəsindən 4.2 faiz vəsait “Azəridmanservis” dövlət müəssisəsinin hesabına gəlir.

Həmin vəsaitin 30 faizi AFFA-nın, 70 faizi digər idman növlərinə paylanır: “Bu birmənalı olaraq idmanın inkişafı üçün böyük köməkdir. Dünyada və Avropanın bir çox ölkələrində müxtəlif totalizatorlardan bu maliyyə nazirliklərə, komitələrə daxil olur və idmanın inkişafına sərf olunur. “Topaz” Azərbaycanda mövcud olmayanda “Qara bazar” var idi. Düşünürəm ki, biz məhz bu “qara bazar”la mübarizə aparmalıyıq, nəinki bu gün tam şəffaf olan və idmanın inkişafına xidmət edən “Topaz”ın müzakirəsini aparmalıyıq”.