Bakıda “Qalatasaray”ın futbol məktəbi açılır
05.03.2013 - 16:24
Azərbaycan paytaxtında Türkiyənin “Qalatasaray” idman klubunun futbol məktəbi açılacaq. APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qalatasaray Fateh Terimlə gənc aslanlarını arayır” adlanan layihə çərçivəsində Azərbaycanda “Qalatasaray”ın ilk futbol məktəbi açılacaq. Məktəb aprelin 1-dən etibarən İbrahim Dadaşov küçəsində yerləşən Bakı Tennis Akademiyasında fəaliyyətə başlayacaq.
0
0