Millimizin məşqçisi: Darıxırıq – FOTO
05.03.2013 - 17:27
Millimizin məşqçisi: Darıxırıq – FOTO
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Patrisiya Qonzales və köməkçisi Rikardo da Silvanın ölkəmizdəki problemi məlum olub. Apasport.az saytının xəbərinə görə, ispaniyalı mütəxəssislər doğma dilləri üçün darıxır.

Bunu Silvanın özü açıqlayıb. Hazırda millimizlə birlikdə Rusiyanın Soçi şəhərində olan çalışdırıcı hisslərini bölüşüb: “İspan dili üçün çox darıxırıq. Bu dildə yaxşıca danışmaq istəyirik. Orda yalnız azərbaycanca və ingiliscə istifadə olunur”.

Qeyd edək ki, millimiz Soçidə təşkil olunan “Kuban baharı” turnirində iştirak edəcək.