“Xəzər Lənkəran” 3 çempion məşqçiyə təklif göndərdi
05.03.2013 - 18:18
“Yeni baş məşqçi axtarışında bir sıra namizədləri nəzərdən keçiririk. Artıq 3 nəfərə təklif göndərilib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov deyib.
O, ispaniyalı Karles Martorell Bakesin istefa verməsindən sonra boş qalan baş məşqçi postuna namizədlər haqda danışıb. Mənsimov bildirib ki, təklif göndərdikləri məşqçilərin hər üçü çalışdırdıqları klublarda çempionluq qazanıblar.

0
0