“Ayaks”ın futbolçusu millimizlə oyuna çağırıldı
05.03.2013 - 19:02
“Ayaks”ın futbolçusu millimizlə oyuna çağırıldı
Yunanıstanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xaralampos Zelenitsas Xalkida şəhərində martın 14-dən 17-dək keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün 20 futbolçuya dəvət göndərib.

Ellada təmsilçisinin heyətində yalnız bir legioner var ki, o da məşhur “Ayaks”da top qovur: Dimitrios Katsimitros, Georgios Makrostergios, Georgios Arapis (hər üçü “Olimpiakos”), Qriqorios Kasapidis, Fotis Pantekidis, Emmanuel Patralis, Dimitriadis Anastasios (hamısı PAOK), Andreas İhros, Vasilios Angelopulos, Spiros Papanikolau (hər üçü “Panatinaikos”), Rafael Melissopulos (Ksanti), Georgios Karakutis (Panserraikos), Dimitrios Silvestridis (“Ayaks”, Hollandiya), Panagiotis Ntunis, Vasilios Karvunidis, İoannis Vidalis, Elias Tselios (hamısı AEK), Antonios Triantafillu (Arion), Georgios Lidakis (Erqotelis), Dimitrios Yatayannakis (Atromitos).

Qeyd edək ki, UEFA tərəfindən təşkil olunan turnirdə millimiz, İsrail və Malta yığmaları da iştirak edəcək. Nikolay Adamın yetirmələri meydan sahibi olan yunanlarla martın 15-də, yerli vaxtla 15:30-da qarşılaşacaq.