“Çelsi”dən Falkaoya yüksək məvacibli təklif
05.03.2013 - 20:53
“Çelsi”nin sahibi Roman Abramoviç gələcək mövsüm üçün komandanın heyətini gücləndirmək işlərinə indidən başlayıb. Apasport.az saytının məlumatına görə, rusiyalı biznesmen “Atletiko”da forma geyinən və hazırda ən yaxşı hücumçular arasında yer alan Radamel Falkaonu transfer etmək üçün hərəkətə keçib.
Abramoviç kolumbiyalı forvardı “zadəganlar”ın heyətinə qatmaq üçün madridlilərə 50 milyon funt-sterlinq təzminat haqqı verməyi planlaşdırır. Futbolçunun özünə isə illik 10 milyon funt-sterlinq ödəmək niyyətindədir. “Çelsi” Falkao ilə 4 illik müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, 27 yaşlı oyunçu “Atletiko” ilə çıxdığı 79 matçda 63 qola imza atıb.

0
0