Bendtner növbəti dəfə cəzalandırıldı
05.03.2013 - 21:24
Bendtner növbəti dəfə cəzalandırıldı
Danimarka məhkəməsi ölkənin futbolçusu Niklas Bendtner barədə qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Yuventus”un hücumçusu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 147 min dollar cərimələnib.

O, bununla yanaşı 3 illik sürücülük vəsiqəsindən də məhrum olunub.

Qeyd edək ki, ötən gün Bendtner Danimarka Futbol Assosiasiyası tərəfindən sərt cəzalandırılmışdır. 25 yaşlı futbolçu 6 ay müddətinə yığma komandadan uzaqlaşdırılıb.