Simeone “Atletiko” ilə müqaviləsinin müddətini uzatdı
05.03.2013 - 21:41
Simeone “Atletiko” ilə müqaviləsinin müddətini uzatdı
“Atletiko” rəhbərliyi komandanın baş məşqçisi Dieqo Simeone ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, argentinalı gənc çalışdırıcı daha 4 il də Madrid klubunda qalacaq.

Qeyd edək ki, 1994-1997 və 2003-2005-ci il mövsümlərində futbolçu olaraq “Atletiko”da oynayan Simeone 2011-ci ilin dekabr ayından madridlilərin “sükanı arxasına” keçib. O, 1.5 il ərzində bu kluba 1 Avropa Liqası və bir də Avropa Superkubokunu qazandırıb.