FİFA ofsayd qaydalarını dəyişdirəcək
05.03.2013 - 22:12
FİFA ofsayd qaydalarını dəyişdirəcək
FİFA ofsayd qaydası ilə əlaqədar bəzi dəyişikliklər etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu oyundan kənar vəziyyətdə 2 yeni dəyişikliklər edəcək.

Belə ki, yeni dəyişikliyə görə, ofsayd sahəsində iştirak edən və topa müdaxilə etməsə də rəqibin diqqətini yayındıran oyunçular ofsaydda sayılmayacaq. Hələ də etibarlı olan qaydaya görə, bir oyunçu ofsayd sahəsində iştirak edirsə, topa toxunmasa belə rəqibin diqqətini yayındıracaq bir hərəkət etsə ofsayda düşmüş olurdu. Yeni qaydaya görə isə artıq oyunçunun rəqibi ilə top üçün mübarizəyə girməsi şərtdir.

Bir digər dəyişiklik isə rəqibdən qayıdan toplarla əlaqədardır. Mövcud qaydalara görə, ofsayd mövqeyində olan, amma ilk anda topa müdaxilə etməyən bir oyunçu, qapı dirəyindən və ya rəqibdən qayıdan topa müdaxilə edərsə ofsayda düşmüş olurdu.

Yeni dəyişiklikliyə görə, oyundan kənar vəziyyətində olan bir oyunçunun rəqibi tərəfindən əldə edilən topa müdaxiləsindən sonra ofsayd sayılmasına qərar verilib. Yəni ofsaydda olan bir oyunçu ilk etapda topa müdaxilə etməsə belə qapıçının və ya rəqib müdafiəçinin qurtardığı topa gedərsə ofsayd sayılacaq. Ancaq rəqibin topa müdaxiləsi qurtarmanın o yana keçib, topu nəzarət etmə mərhələsinə çatsa, az əvvəl ofsaydda olan oyunçu da rəqibinə müdaxilə edə biləcək və bu ofsayd sayılmayacaq.

Qeyd edək ki, bu 2 dəyişiklik 2013-cü ilin iyul ayından sonra matçlarda tətbiq ediləcək.