Ançelotti: 1/4 finala çıxmağa yaxşı şansımız var
05.03.2013 - 23:00
Ançelotti:  1/4 finala çıxmağa yaxşı şansımız var
PSJ-nin baş məşqçisi Karlo Ançelotti sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə qarşılaşacaqları “Valensiya” ilə matç öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı İspaniyada 1:2 hesablı qazanılan qələbədən sonra komandasının şansının daha çox olduğunu bildirib.

O, “yarasalar”dan daha çox əks-hücum gözlədiyini ifadə edib: “Biz bütün cəbhələrdə çox yaxşı çıxış edirik və buna görə qələbə qazanmağa əminik. Düşünürəm ki, “Valensiya” öz standart futbolunu göstərəcək. Rəqibdən daha çox əks-hücum gözləyirəm. Biz həmçinin öz onumuzu oynamağa hazırlaşırıq. Ən yaxşı keyfiyyətlərimizi göstərəcəyik. Bizim 1/4 finala keçməyə yaxşı şansımız var”.

Ançelotti bu qarşılaşmada Devid Bekhemin oynayıb-oynamayacağına da toxunub: “Bekhem artıq komandanın heyətində iki matçda meydana çıxıb. O, həm də yaxşı oynadı. Devid bizim üçün əhəmiyyətli bir futbolçudur. PSJ-də istənilən oyunçu kimi. Bəlkə o, sabah cəzalı olan Verrattinin yerinə forma geyinəcək. Bu olar və ya olmaya da bilər”.

Qeyd edək ki, PSJ - “Valensiya” matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayaacq.