Məşqçisi ilə dava etdi, 40 min avro cərimələndi
06.03.2013 - 00:43
Məşqçisi ilə dava etdi, 40 min avro cərimələndi
“İnter” rəhbərliyi komandanın hücumçusu Antonio Kassanonu cərimələyib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Milan təmsilçisinə 40 min avro məbləğində pul ödəyəcək.

Buna Kassanonun baş məşqçi Andrea Stramoççini ilə dava etməsi səbəb olub.

Qeyd edək ki, ötən həftə baş verən bu hadisədən sonra gənc çalışdırıcı Stramoççini Antonionu İtaliya A seriyasının 27-ci turunda “Katanya” ilə oyunun sifariş ərizəsindən çıxarıb. Lakin ötən gün məşqlərə qatılan futbolçu bütün komanda yoldaşları və məşqçilərdən etdiyi hərəkətə görə üzr istəyib.

Həmçinin Kassanonun “Tottenhem”ə qarşı keçiriləcək Avroliqanın 1/16 final matçında iştirakı gözlənilir.