Ronaldo: Azarkeşlərə hörmət etdim
06.03.2013 - 06:47
“Mən sadəcə öz işimi etdim. “Real” qalib gəldi və mən komandamla birgə sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Madrid klubunun futbolçusu Kriştiano Ronaldo deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Mançester Yunayted”lə qarşılaşmadan sonra matç haqda fikirlərini bildirib.
Portuqaliyalı hücumçu fərqləndikdən sonra sevinmədiyinin səbəbini açıqlayıb: “Old Trafford”a yenidən qayıtdığım üçün çox sevindim. Burada altı yaxşı il keçirdim. Ona görə bu gün mənim üçün xüsusi idi. Mançester mənim ikinci evimdir. Burada çoxlu dostlarım var. Qol vurduqdan sonra sevinmədim. “Mançester Yunayted” azarkeşlərinə hörmət etdiyim üçün belə etdim. Hər iki matç inanılmaz alındı. Mən onları təsvir etmək üçün söz tapa bilmirəm. Biz “Barselona” üzərində iki dəfə qalib gəldik və indi də ingilislərə. Bundan sonra digər görüşlərdə də qələbə qazanıb, addım-addım Çempionlar Liqasının finalına irəliləməliyik”.
Qeyd edək ki, “Real” səfərdə “Mançester Yunayted”i 1:2 hesabı ilə məğlub edib. “Kral klubu”nun 2-ci qolunu 69-cu dəqiqədə Kriştiano Ronaldo vurub.

0
0