“Öncə anlamadım”
06.03.2013 - 07:15
“Öncə anlamadım”
“Real”ın gənc müdafiəçisi Rafael Varan Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub etdikdən sonra matç haqda fikirlərini ifadə edib. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu qarşılaşmanın baş hakimi Cüneyt Çakırın Luiş Naniyə birbaşa qırmızı vərəqə verməsinə də toxunub.

O, türkiyəli referinin Nanini belə birbaşa cəzalandırmasını öncə anlamadığını vurğulayıb: “Qırmızı vərəqəni görəndə öncə anlamadım. Bu, mənim üçün sürpriz oldu. Nəticədə hakim də oyunun bir parçasıdır. Onu mühakimə də etmək istəmirəm. Bizim üçün inanılmaz bir həftə oldu. Komanda tamamilə bir-birinə bağlanmış vəziyyətdədir. Bunu qəti olaraq deyirəm”.