Antalyada 38 dəqiqə
06.03.2013 - 09:29
Antalyada 38 dəqiqə
Azərbaycan milli komandasının futbolçusu David Qarayevin çıxış etdiyi Rusiyanın “OİK-Enerji” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Xabarovsk təmsilçisi Belarusun “Belşina” klubu ilə görüşüb.

Türkiyənin Antalya şəhərində baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qarayev bu matçda 38 dəqiqə oynayıb. Start heyətində meydana çıxan yarımmüdafiəçi 27-ci dəqiqədə Kulovla əvəzlənib. Lakin matçın 79-cu dəqiqəsində onlar yenidən yerlərini dəyişib və David meydana çıxıb.