“Yuventus” və PSJ növbəti mərhələdə – YENİLƏNİB
07.03.2013 - 01:37
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günüdə növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin ikinci matç günündə iki qarşılaşma baş tutub.
Hər iki oyun formal xarakter daşıyırdı. Belə ki, “Yuventus” səfərdə “Seltik”in qapısından 3 cavabsız qol keçirərək cavab matçı öncəsi böyük üstünlük əldə etmişdir. Elə qarşılaşmada Turin təmsilçisi ona inananları yanıltmayıb. “Qoca Sinyora” bu dəfə də şotlandiyalıları məğlub edərək 1/8 finala keçib.
Digər görüş isə Parisdə reallaşıb. Burada yeni transferlərlə güclənən PSJ səfərdə 2:1 hesabı ilə üstələdiyi “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə meydan sahibləri rəqibinin müqaviməti ilə üzləşib – 1:1. Amma buna baxmayaraq PSJ adını növbəti mərhələyə yazdırıb.
6 mart
PSJ (Fransa) – “Valensiya” (İspaniya) - 1:1
Qollar: Lavessi, 66 - Conas, 55
İlk oyun – 2:1
“Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya) - 2:0
Qollar: Matri, 24, Kvalyarella, 65
İlk oyun – 3:0

0
0