15 ildən sonra
06.03.2013 - 09:47
15 ildən sonra
Almaniyanın “Borussiya” klubu 15 ildən sonra Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, 1/8 finalda Ukrayna “Şaxtyor”unu məğlub etməklə mərhələ adlayan Dortmund təmsilçisi sonuncu dəfə 1997/98 mövsümündə bunu bacarmışdı.

Həmin vaxt “Borussiya” 2-ci qrup mərhələsinin qalibi olmaqla 1/4 finala çıxmışdı. Dortmundlular həmin mərhələdə digər alman klubu “Bavariya”nı Stefan Şapuizanın “Qızıl qol”u sayəsində keçmişdi. “Borussiya”nı yarımfinalda dayandıran isə İspaniya “Real”ı olmuşdu.