“Azərbaycan yığması “Kuban baharı”nda oynamağı çox istəyirdi”
06.03.2013 - 11:21
“Azərbaycan yığması “Kuban baharı”nda oynamağı çox istəyirdi”
“Kuban baharı” turnirinin coğrafiyası həqiqətən genişlənib. Bu il bizə yeni komandalar – Azərbaycan, İran və Moldova da gəlib”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin direktoru Vladimir Siromolot deyib.

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının da iştirak etdiyi turnirin startı ərəfəsində baş tutan mətbuat konfransında çıxış edən Siromolot yığmamızın yarışa qatılmaq istəyində olduğunu açıqlayıb: “Ötən payızda Azərbaycan nümayəndələri Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Krımskda olmuşdu. Onlar həmin vaxt bizim turnirdən xəbərdar oldular. Azərbaycan yığması Soçiyə gəlib, burda oynamağı çox istəyirdi”.

Qeyd edək ki, millimiz açılış mərasimi bu gün keçiriləcək turnirdəki ilk oyununa sabah çıxacaq.