“Azərbaycan yığması gözəl futbol oynayır”
06.03.2013 - 12:19
“Azərbaycan yığması gözəl futbol oynayır”
“Azərbaycan milli komandasının heyətində çox sayda gənc istedadlar var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın U-18 yığmasının baş məşqçisi Kimmo Lipponen deyib.

Martın 18-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşəcək skandinaviyalıların çalışdırıcısı yığmamızı yaxşı tanıyır: “Biz Rusiyada keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə də onların oyunlarını izlədik. Nəticələrinin o qədər də yaxşı olmamasına baxmayaraq, Azərbaycan millisi gözəl futbol göstərir. Onlar hətta Çexiya ilə də heç-heçə etdi”.

Mütəxəssis bu qarşılaşmadakı məqsədlərini də açıqlayıb: “Azərbaycan yığması Finlandiyada toplanış keçməklə Baltikyanı ölkə təmsilçiləri ilə də qarşılaşmaq imkanı qazanacaq. Biz isə bu qarşılaşmaya əsasən paytaxta yaxın klublarda oynayanları çağırmışıq. Hətta heyətimizdə yeni adlar da var. Bu matçda əsas məqsədimiz indiki komandamızın U-19 səviyyəsində necə oynamasını görməkdir.”