Millimizin oyunlarının saatı müəyyənləşdi
06.03.2013 - 12:41
Millimizin oyunlarının saatı müəyyənləşdi
Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin təqvimi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna səbəb 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Çin yığmasının yarışa qatılmaqdan imtinası səbəb olub.

Təşkilatçılar A qrupunda çıxış edən Rumıniyanın C qrupunda – Azərbaycan, Estoniya və Ukraynaya rəqib olmasını lazım bilib. A qrupuna isə Moldova yığması dəvət edilib. Belə olan halda hər 2 qrupun təqvimində dəyişikliklər olub.

Bundan başqa yığmamızın hər 3 oyununun başlama saatı müəyyənləşib. Komandamız ilk qarşılaşmasına martın 7-də saat 11:30-da, 2-ci oyununa ertəsi gün 17:30-da, son matçına isə martın 10-da saat 17:00-da çıxacaq.

A qrupu
6 mart

KXDR - Krasnodar vilayəti

7 mart
Moldova - İran

8 mart
Krasnodar vilayəti - İran
KXDR – Moldova

10 mart
Moldova - Krasnodar vilayəti
İran - KXDR

C qrupu
6 mart

Estoniya - Ukrayna

7 mart
Azərbaycan - Rumıniya

8 mart
Estoniya - Azərbaycan
Rumıniya - Ukrayna

10 mart
Azərbaycan – Ukrayna
Rumıniya – Estoniya