“Azərbaycandan zəng vurub yaxşı variant təklif etdilər”
06.03.2013 - 14:09
“Azərbaycandan zəng vurub yaxşı variant təklif etdilər”
Ukraynalı Ruslan Qunçakın Belarus futbolunun flaqmanı Minsk “Dinamo”suna keçidinə Azərbaycandan aldığı zəng mane olub. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə Zaqatalanın “Simurq” klubunda çıxış etmiş yarımmüdafiəçi ölkəmizə gəlməzdən öncə seçim qarşısında qalıb.

Belə ki, təmsilçimizlə yanaşı “Dinamo” da Ruslanı heyətində görmək istəyib. Özü də Qunçak Belarusa məşhur ukraynalı futbolçu Andrey Qusinlə birlikdə yollanıbmış: “Bir neçə il əvvəl Minsk “Dinamo”sunda baxışda oldum. Ora Andrey Qusinlə birlikdə yollanmışdım. Onda “Dinamo”nu Slavolyub Muslin çalışdırırdı. Ancaq Minskdə çox qalası olmadım. Çünki Azərbaycandan mənə zəng edərək daha yaxşı şərtlər təklif etdilər”.

Qeyd edək ki, Qunçak Belarusun “Naftan” klubunda çıxış edir.