“Xəzər Lənkəran” hər bir oyuna son döyüş kimi çıxmalıdır”
06.03.2013 - 14:41
“Xəzər Lənkəran” hər bir oyuna son döyüş kimi çıxmalıdır”
“Xəzər Lənkəran” tarixində ən çətin dövrlərdən birini yaşayır. Ancaq biz işimizdən soyumuruq. Çünki həyat bununla bitmir və sona kimi mübarizə aparacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın idman direktoru Babək Quliyev deyib.

O, ötən həftədən fəaliyyətə başladığı Lənkəran klubunun durumunu dəyərləndirib.

Quliyevin sözlərinə görə, ilk “altılığ”a düşə bilmədiklərindən bütün ümidlərini bağladıqları ölkə kubokunda uğurlu çıxış etməlidir. Ancaq o, 1/4 finalda rəqibləri olan “Rəvan”ı səfərdə 2:1 hesabı ilə yendiklərinə görə artıq yarımfinala çıxdıqlarını düşünmür: “Hər bir komandanın yüksəlişi də olur, enişi də. “Xəzər Lənkəran” indi enişdədir və yüksəlişə nail olmalıyıq. Mövsüm bizim üçün hələ bitməyib və ölkə kubokunu qazana bilərik. Ancaq “Rəvan”a səfərdə qalib gəlmişik deyə, artıq yarımfinaldayıq kimi peşəkarlığa uyğun gəlmir. Ciddi rəqiblə üzləşirik. “Rəvan” elə-belə komanda deyil. Heç bir komanda rəqibdən üstün olduğunu deyə bilməz. “Xəzər Lənkəran” hər bir oyuna son döyüş kimi çıxaraq, axıra kimi mübarizə aparmalıdır”.