Maksim Medvedev: Bəlkə də rəqibin əsas hədəfi kubokdur
06.03.2013 - 15:12
“Hazırlıqlar normal qaydada gedir. Bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Bəlkə də rəqibin əsas hədəfi kubokdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
Millimizin də üzvü olan müdafiəçi ölkə kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə sabah evdə keçiriləcək cavab qarşılaşması barədə fikirlərini bölüşüb.
O bildirib ki, səfərdə qazandıqları sərfəli nəticəyə - 1:1 hesablı bərabərliyə arxayın olmamalıdırlar: “Avropaya gedən ən qısa yol kubokdan keçir. Amma biz də eyni hədəf üçün mübarizə aparırıq və yarımfinala çıxmaq istəyirik. Bunun üçün “Qəbələ”ni keçməliyik. Birinci oyunda qeydə alınmış nəticə ilk baxışdan sərfəli görünür. Amma 90 dəqiqənin eyni hesabla oynanacağını heç kim fikirləşmir”.
Maksim 2 ildir “Qəbələ”yə qalib gəlməməklərinə də toxunub: “Heç vaxt onlara qarşı əzilməmişik. Sadəcə, nəsə olur. Çoxlu qol imkanlarımız olur, amma yenə də uda bilmirik”.

0
0