“Ən ağır əməliyyatım Ceyhun Sultanovda olub” - MÜSAHİBƏ
06.03.2013 - 16:31
Türkiyə yığmasının sabiq həkimi Mehmet Binnət Azərbaycana gəlib. Hazırda Acıbadem Xəstəxanasının baş həkimi işləyən Binnət jurnalistlərin və apasport.az saytının suallarını cavablayıb.
- Süni örtüklərin sayı bizdə artmaqdadır. Onların futbolçulara nə dərəcədə təsiri var?
- Futbolçulara süni örtüklər zədələnmək baxımından çox təsir edir. Əgər qazonlar daha köhnədirsə, daha böyük problemlər yaradır. Təbii ot üzərində oynamaq ən yaxşısıdır.
- Bu baxımından bizim futbol rəhbərlərinə tövsiyələriniz nədir?
- Ot yetişmirsə, buna bir söz demək olmaz. Ancaq imkan varsa, təbii ot örtüklü meydança hazırlanmalıdır. Mən bunun tərəfdarıyam.
- Futbolçularımızdan ən ağır əməliyyatınız və ən uğurlu əməliyyatınız kiminki olub?
- Ən ağır əməliyyat olunan xəstəm Ramiz Məmmədov və Ramal Hüseynov olub. Ramalın əməliyyatı 7 saat davam etmişdi. Ən uğurlu əməliyyat isə Rəşad Sadıqovda olub. Bu əməliyyat lap keyfli keçmişdi. Onun illər öncə iki dizində də zədə vardı. Rəşad çox qorxmuşdu. Ancaq əməliyyat onun qorxduğu kimi olmadı. Çox qısa sürdü. Bu üzdən bu əməliyyatımı ən uğurlusu hesab edirəm. Ancaq ən ağır olan əməliyyatım, məsələn, Ceyhun Sultanovda olub. Eşitmişəm ki, indi o, “Qəbələ”dədir.
- Elə olubmu ki, onu daha az məbləğ müqabilində və ya pulsuz müalicə etmisiz?
- Olub. Türkiyə Futbol Federasiyasının (TFF) baş həkimi çalışarkən qərar çıxarmışdım ki, azərbaycanlı futbolçulara pulsuz kömək edim. Bu günə qədər çoxlu sayda azərbaycanlı qardaşımızı pulsuz müalicə etdim. Bir qisminə isə TFF özü kömək edib. Türkiyədə tibbi toplantıların hamısına azərbaycanlı idman həkimləri dəvət olunub. UEFA-nın 2006-cı ildə İstanbulda keçirilən konfransına hər ölkədən 2 təmsilçi gələ bildiyi halda, Azərbaycandan nümayəndələrin gəlişinə məhduyyət qoyulmamışdı. Bununla belə, Azərbaycandan cəmi 2 nəfər gəlmişdi. Boris Xetaqurov da gəlmişdi, hətta mənim qonağım da oldu. TFF-dəki vəzifəmin müddəti 5 illik idi. 2009-da yerimi Ömər Taşərə verdim.
- Türkiyədə tanınmış ulduzlardan kimi əməliyyat masasına uzatmısız?
- Fatih Terimi. Bu, baş məşqçi işlədiyi vaxt olub. O da dizindən əməliyyat olunmuşdu. Eləcə də Rüştü Rənçbəri müalicə etmişəm.
- Dediyiniz kimi, Rəşad Sadıqov sizin xəstələrinizdən olub. Bu futbolçu tez-tez zədələnərkən deyilir ki, onun zədəsi keçici deyil, xroniki xarakter daşıyır...
- Vallah, onun son illərdəki zədələrindən xəbərsizəm. Mən onu təxminən 7-8 il əvvəl müalicə etmişəm. Çox təəssüf ki, onun son durumunu bilmirəm.
- Niyə futbolçular zədələnəndə sizin yanınıza gəlir?
- Mən gənc olarkən bütün idmançılar müalicə üçün ən kiçik şeyə görə də Almaniyaya gedirdi. Xətirlərinə dəyməsin, ancaq alman həkimlər xəstələrə qarşı çox qəddardır, çox ağır sözlər işlədər. Biz də oturduq düşündük ki, biz nəsə edək ki, bunları keçək. Müxtəlif ölkələrə yayıldıq. Təcrübə topladıqdan sonra Türkiyədə həmin şəraiti yaratmağa başladıq. Bundan sonra futbolçuların çoxu Almaniyaya getməməyə başladı. İndi Balkan yarımadasındakı futbolçuların demək olar ki, hamısı İstanbula gəlir. Mənim yanıma çox sayda gənc azəri həkim gəlir. Hazırda köməkçim Tural azərbaycanlıdır. Biz ona dedik ki, sən tam bişəndə və biz qərar verəndə Azərbaycana qayıdacaqsan. O da buna razılaşdı və yanımızda işləməyə başladı.
- Sizdə nə var ki, bizdə o yoxdur?
- Təcrübə. Ağsaqqallıq bu işdə çox böyük rol oynayır. Bu zamanla düzələcək. Ancaq gənc həkimlər yetişdiririk. Maksimum 5-6 ildən sonra burda da idman həkimləri daha təcrübəli olacaq.
Səbuhi TOFİQOĞLU

0
0