Rəqiblərimizin oyununda 2 qol
06.03.2013 - 17:22
Rəqiblərimizin oyununda 2 qol
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının çıxış etdiyi “Kuban baharı” turnirində ilk tura start verilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Soçi şəhərində keçirilən yarışın ilk günündə millimizin yer aldığı C qrupunda da 1 qarşılaşma baş tutub.

Ukrayna millisi Estoniya yığmasını 2:0 hesabı ilə məğlub edib. Patrisiya Qonzalesin başçılıq etdiyi yığmamız isə sabah Rumıniya ilə görüşəcək.

Qeyd edək ki, futbolçularımız II turda Estoniya, qrup mərhələsinin son matçında isə Ukrayna ilə üz-üzə gələcək.