“Məşqçimiz müdafiəçilərin yorulmasından yararlanmağı tapşırmışdı”
06.03.2013 - 17:53
"İsinmə hərəkətləri edərkən Mahmud müəllim məni yanına çağırıb meydana çıxmağımı istədi. O, qabağa oynamağı və rəqib müdafiəçiləri yayındırmaq üçün meydanda tez-tez açılmalı olduğumu bildirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in hücumçusu Elxan Əzizov deyib.
"Simurq"a qarşı matçda Fərid Quliyevin yerinə meydana daxil olan Elxan Əzizov klubunun rəsmi saytına açıqlamasında Mahmud Qurbanovun ona verdiyi tapşırıqlardan danışıb. O, meydanda baş məşqçinin təlimatına uyğun mübarizə apardığını vurğulayıb: “Hücumçuyam, məşqçimiz zaqatalalı arxa xətt oyunçularının yorulmasından yararlanmağı tapşırmışdı. Amma "Simurq" səhvsiz oynadı. Bu üzdən tapşırıqları yerinə yetirmək mümkün olmadı".
Qeyd edək ki, “Kəpəz” – “Simurq” oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0