Elhad Nəziri virusa yoluxdu
06.03.2013 - 18:30
Elhad Nəziri virusa yoluxdu
Rumıniyanın “Petrolul” klubu “Rapid”lə həftəsonu keçiriləcək hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Kosmin Kontranın yetirmələri bu gün Ployeştidəki “Teleajen” stadionunda məşq edib.

Ancaq bugünkü hazırlıqda milli komandamızın futbolçusu Elhad Nəziri iştirak etməyib. Buna səbəb onun güclü qrip virusuna yoluxması olub.

Qeyd edək ki, Elhad hələ “Petrolul”da rəsmi debütünü edə bilməyib. Onun komandası martın 9-da “Rapid”in qonağı olmaq üçün cümə günü Buxarestə yola düşəcək.