Ufuk Budak bu tur “18-liy”ə düşə bilər - FOTO
06.03.2013 - 18:55
“Əskişəhərspor” “Karabükspor”la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ufuk Budakın bu matçda adının “18-lik”də olması gözlənilir.
Belə ki, 90 dəqiqə davam edən məşqdə milli komandamızın müdafiəçisi də kollektiv məşqlərdə iştirak edib. Bu isə yığma üçün sevindirici haldır. Çünki son günlər milliləşən legionerlər – Branimir Subaşiç, Əli Gökdəmir və Cihan Özkara zədə virusuna yoluxub. Eləcə də, “Petrolul”da top qovan digər legionerimiz Elhad Nəziri bu gün qripə yoluxduğundan, komanda ilə birgə məşq edə bilməyib.
Qeyd edək ki, “Əskişəhərspor” bazar günü “Karabükspor”un qonağı olacaq.

0
0