“İnter” paytaxt derbisinə hazırlaşır - FOTOSESSİYA
06.03.2013 - 20:32
“İnter” paytaxt derbisinə hazırlaşır - FOTOSESSİYA
Məlum olduğu kimi, martın 7-də Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “İnter” “Bakı”nı qəbul edəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “bankirlər” sabah keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Bu gün də Kaxaber Tsxadadzenin yetirmələri “Şəfa” stadionunda məşqə çıxıblar.

Qeyd edək ki, “İnter” – “Bakı” matçı saat 16.00-da başlayacaq.