Messi “Milan”a meydan oxudu
06.03.2013 - 21:06
“Barselona”nın futbolçusu Lionel Messi təşkil etdiyi mətbuat konfransında gündəmə dair səmimi açıqlama verib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu ard-arda 3 məğlubiyyət alan Kataloniya klubunun içində olduğu vəziyyətin analizini edib, özü ilə əlaqədar iddiaları cavablandırıb.
O, bu məğlubiyyətin səbəblərini bildiklərini ifadə edib: “Son oyunlarda uduzduqlarımıza görə, bir az məyusuq. Bu məğlubiyyətin səbəblərini bilirik. Amma bu, paltardəyişmə otağında qalacaq. Bu vəziyyətdən çıxacağıq”.
Messi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Milan”ı üstələyəcəklərini bildirib: “Onlar necə “San-Siro”da qələbə qazandılarsa, biz də burada onları məğlub edə bilərik. Hamımız komandaya daha çox şey vermək məcburiyyətindəyik. Növbəti mərhələyə keçmək üçün maraqlı bir matç olacaq”.

0
0