UEFA Ferqyussona intizam işi açıb
06.03.2013 - 22:33
UEFA Ferqyussona intizam işi açıb
UEFA “Mançester Yuneyted”in şotlandiyalı baş məşqçisi Aleks Ferqyussonu cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu artıq təcrübəli çalışdırıcıya intizam işi açıb.

Buna Ferqyussonun dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Real”a qarşı matçdan (1:2) sonra mətbuat konfransında iştirak etməməsi səbəb olub.

Qeyd edək ki, Fergüsson matçın baş hakimi Cüneyt Çakırın “qırmızı şeytanlar”ın futbolçusu Naniyə qarşılaşmanın 57-ci dəqiqəsində qırmızı vərəqə göstərməsinə etiraz olaraq mətbuat konfransına getməyib. Onun yerinə isə şotlandiyalı məşqçinin köməkçisi Mayk Felan iştirak edib.

UEFA-nın reqlamentinə əsasən isə baş məşqçilər KİV nümayəndələri ilə ünsiyyətdən imtina etməməlidirlər.