Qurban Berdıyev: Şanslarımızı 50-50-yə qiymətləndirirəm
06.03.2013 - 23:00
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun günüdə səfərdə “Levante” ilə qarşılaşacaq Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandasının baş məşqçisi Qurban Berdıyev matçdan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı ispan klubunun əks-hücumlarda yaxşı oynadığını bildirib.
O, 1/8 finala keçmək üçün şanslarını yarı-yarıya kimi qiymətləndirib: “Levante” kifayət qədər intizamlı komandadır. Onların necə oynadığını bilirik. Bu klub yaxşı texniki və taktik təlimə malikdirlər. “Levante” rəqibi əks-hücumlarda yaxalamağı bacarır. Növbəti mərhələyə çıxmaq üçün şanslarımızı yarı-yarıya kimi qiymətləndirirəm. İspan komandaları ilə əvvəlki oyunlar artıq tarixdir. Mən indi o barədə danışmaq istəmirəm. Bizi ciddi matç gözləyir. Hazırda isə ona hazırlanırıq”.
Qeyd edək ki, “Levante” – “Rubin” matçı sabah Bakı vaxtı ilə saat 00:05-dəbaşlayacaq.

0
0