Ronaldodan Ferqyussona cavab gəldi
07.03.2013 - 00:03
Ronaldodan Ferqyussona cavab gəldi
“Real” “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub etdikdən sonra Madrid klubunun sabiq braziliyalı futbolçusu Ronaldo, onu “kök” olaraq xarakterizə edən Alex Ferqyussona cavab verib. Apasport.az saytının məlumatına görə, FİFA-nın təşkil etdiyi bir təşkilata qatılan veteran oyunçu bunları şotlandiyalı çalışdırıcıya yaraşmayan sözlər olduğunu bildirib.

Onun fikirləri belədir: “Real” Ferqyussonın çənəsini bağladı. Deməyə heç nə yoxdur. Bunlar onun fikirləridir və hörmət etmək lazımdır. Hər kəslə yaxşı olmağım mümkün deyil. Keçmiş görünüşümə təkrar qovuşmaq məcburiyyətindəyəm. Lakin kaş ki, haqqımda bu qədər hörmətsiz şərhlər etməyəydi. Onu kimi bir adama yaraşmayan bu sözlər gərəksizdir”.

Qeyd edək ki, Alex Ferqyusson daha öncə braziliyalı Ronaldonu Kriştiano Ronaldo ilə müqayisə edərkən, onu “qoca” və “kök” adlandırmışdır.