Avrokubokların 1/4 finalının püşkatmasının vaxtı bəlli olub
07.03.2013 - 00:35
Avrokubokların 1/4 finalının püşkatmasının vaxtı bəlli olub
Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki turnirin mərasimi martın 15-də UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək.

Belə ki, Avropanın ən mötəbər klub turniri olan Çempionlar Liqasının püşkatması Bakı vaxtı ilə saat 15:00, Avroliqanın püşkatması isə 15:40-da başlanacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları aprelin 2-si və 3-də, cavab matçları isə 1 həftədən sonra baş tutacaq. Avroliqanın 1/4 final görüşlərinin ilk oyunları aprelin 4-ü və 11, cavab qarşılaşması isə 1 həftədən sonra keçiriləcək.