Superliqada daha bir məşqçi ayrılığı
07.03.2013 - 01:00
Superliqada daha bir məşqçi ayrılığı
Türkiyə Superliqası təmsilçilərindən daha bir baş məşqçi komandası ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu, “Mersin İdmanyurdu”nun çalışdırıcısı Giray Bulakdır.

54 yaşlı mütəxəssis klub prezidenti Əli Qəhrəmanlı ilə bir araya gələrək müqaviləsinin müddətini qarşılıqlı razılıq əsasında ləğv edib. Buna isə “Mersin İdmanyurdu”nun çempionatda uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, ötən ay Ərtoğrul Sağlam “Bursaspor”da, Tolunay Kafkaz isə “Qaziantepspor”da işinə son qoyub.