Kassanonun adı “Tottenhem”lə matçın iştirak ərizəsinə salınıb
07.03.2013 - 02:38
“İnter”in futbolçusu Antonio Kassano Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun günüdə səfərdə “Tottenhem”lə qarşılaşmada meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçunun adı Londonda reallaşacaq matçın sifariş ərizəsinə daxil edilib.
Qeyd edək ki, Kassano ötən həftə Milan təmsilçisinin baş məşqçisi Andrea Stramoççini ilə dava edib. Gənc çalışdırıcı isə onu İtaliya A seriyasının 27-ci turunda “Katanya” ilə oyunun sifariş ərizəsindən çıxarmışdır. Lakin ötən gün məşqlərə qatılan futbolçu bütün komanda yoldaşları və məşqçilərdən etdiyi hərəkətə görə üzr istəyib.
Bundan başqa, klub rəhbərliyi Antonionu 40 min avro məbləğində cərimələyib.

0
0