Konte “Seltik”in azarkeşlərinə heyran qalıb
07.03.2013 - 04:05
Konte “Seltik”in azarkeşlərinə heyran qalıb
“Bizim komandamız qələbələrə qədər ac idi və həmişə bizə ac qalmağa dəyir. Çünki futbolçularım rəqibi yeməyə başladılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Yuventus”un baş məşqçisi Antonio Konte deyib. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günüdə öz meydanında “Seltik”i 2:0 hesabı ilə üstələyib, növbəti mərhələyə adladıqdan sonra fikirlərini bildirib.

Təcrübəli mütəxəssis qonaqların azarkeşlərini xüsusi vurğulayıb: “Ötən mövsüm yalnız A seriyasının qalibi olduq. Amma yenə təkrar deyirəm, oyunçularım rəqibi yeməyə başladılar. İndi püşkatmanı gözləyəcəyik. Baxaq, kimlə növbəti mərhələdə qarşılaşacağıq. Heç vaxt unutmamalıyıq ki, bu, Çempionlar Liqasıdır və çox mürəkkəb yarışdır. Mən “Seltik” azarkeşlərinə kompliment söyləmək istəyirəm. Onlar bu gün, biz hesabda 2:0 öndə olanda da, mahnı oxumağa davam edirdilər”.