Sneyder və Van der Vaart yenidən millidə
07.03.2013 - 05:10
Hollandiya milli komandasının baş məşqçisi Lui van Qal DÇ-2014-ün qrup mərhələsində Estoniya və Rumıniyaya qarşı oynayacağı matçlar üçün heyətə dəvə etdiyi futbolçuların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcının siyahısında 26 oyunçu yer alıb.
Həmçinin van Qal uzun müddətdir heyətdən kənarda qalan Uesli Sneyder və Rafael van der Vaarta da dəvət göndərib.
Siyahıda yer alan futbolçular bunlardır:
Qapıçılar: Kennet Vermer (“Ayaks”), Mixel Vorm (“Suonsi”, İngiltərə), Marten Stekelenburq (“Roma”, İtaliya).
Müdafiəçilər: Deyli Blind, Rikardo van Reyn (hər ikisi “Ayaks”), Mayk van Horn (“Utrext”), Deril Yanmaat, Yoris Mataysen, Stefan de Vrey (hər üçü “Feyenord”), Jetro Villems (PSV).
Yarımmüdafiəçilər: Yordi Klasi, Tonni Vilen (hər ikisi “Feyenord”), Uesli Sneyder (“Qalatasaray”), De Quzman (“Suonsi”, İngiltərə), Adam Maher (Alkmar), Kevin Strotman (PSV), Rafael van der Vaart (“Hamburq”, Almaniya), De Yonq (“Ayaks”), Aryen Robben (“Bavariya”, Almaniya).
Hücumçular: Yan-Pol Butius, Ruben Skaken (hər ikisi “Feyenord”), Klas-Yan Huntelaar (“Şalke”, Almaniya), Dirk Kuyt (“Fənərbaxça”, Türkiyə), Ola Con (“Benfika”, Portuqaliya), Robin van Persi (“Mançester Yunayted”, İngiltərə), Bas Dost (“Volfsburq”, Almaniya).
Qeyd edək ki, Sneyder və Van der Vaart fevralın 6-da İtaliya yığması ilə keçirilən yoldaşlıq görüşündə komandanın heyətinə çağrılmamışdır.
“Narıncılar” martın 22-də Estoniya ilə 4 gün sonra isə Rumıniya ilə qarşılaşacaq.

0
0