“Ən böyük məqsədimiz üstünlük əldə etməkdir”
07.03.2013 - 06:15
“Ən böyük məqsədimiz üstünlük əldə etməkdir”
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun günüdə səfərdə “Viktoriya” ilə qarşılaşacaq “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman matçdan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı cavab görüşü öncəsi rəqib qarşısında üstünlük əldə etmək istədiklərini bildirib.

O, çexiyalıların güclü rəqib olduğunu ifadə edib: “Maraqlı bir oyun olacaq. Bu matçın sonunda qazanıb və cavab görüşü öncəsi evimizə üstünlük əldə etmək ən böyük məqsədimizdir. Bu mövsüm rəqib Avropada 14 matçda mübarizə aparıb. Qrupda yeganə məğlubiyyəti, hazırkı çempion “Atletiko” qarşısında almış bir komanda ilə oynayacağıq. Bir ay əvvəl milli komandamız Çexiya yığması ilə qarşılaşmışdı. Həmin oyunda onlar güclərini göstərmişdirlər. Hər iki komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, “Viktoriya” - “Fənərbaxça” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.