PSJ 18, “Yuventus” 7 il sonra
07.03.2013 - 07:50
PSJ 18, “Yuventus” 7 il sonra
PSJ 18 ildən sonra yeni uğura imza atıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsində “Valensiya”nı 2 oyunun nəticəsinə görə məğlub etməklə mərhələ adlayan Paris klubu sonuncu dəfə 1994-1995 mövsümündə buna nail olmuşdur.

Turnirin digər iştirakçısı “Yuventus” isə bu uğuru sonuncu dəfə 2004-2005 mövsümündə bacarmışdır. Doğma publika önündə “Seltik”i 2:0 hesabı ilə üstələyən Turin klubu 7 ildən sonra 1/4 finala adını yazdırıb.

Qeyd edək ki, “Yuventus” bu mövsüm Çempionlar Liqasında 18-ci qələbəsini qazanıb.