Debütdə məğlubiyyət - YENİLƏNİB
07.03.2013 - 13:13
Debütdə məğlubiyyət - YENİLƏNİB
Bu gün Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirində ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarışda ilk matçını keçirib.

İspaniyalı mütəxəssis Patrisiya Qonzalesin baş məşqçi postundakı debüt qarşılaşmasında yığmamızın rəqibi Rumıniya futbolçuları olub. Həm də “Kuban baharı”nda debütümüz olan görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb – 0:1. Komandamız matçdakı yeganə qolu qarşılaşmanın son dəqiqəsində buraxıb.

Turun son matçı Soçinin “Sputnik” stadionunda keçirilib. Bundan 1 gün əvvəl isə millimizin yer aldığı C qrupunda digər oyun baş tutub. Estoniyanı 2:0 hesabı ilə məğlub edən Ukrayna ilk matçlardan sonra liderliyi ələ alıb.

AZƏRBAYCAN – RUMINİYA - 0:1
Soçi. “Sputnik” stadionu