Messi “Barselona”dan gedəcək
07.03.2013 - 10:17
Messi “Barselona”dan gedəcək
Argentina milli komandasının futbolçusu çıxış etdiyi İspaniya “Barselona”sından ayrılmağı düşünür. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin azarkeşləri cənubi amerikalının kluba sadiq qalacağına ümidli olsa da, bu belə deyil. Çünki Messi karyerasını bu komandada bitirmək fikrindən uzaqdır.

Argentinalı karyerasını bitirmək üçün vətəninə qayıdacağını açıqlayıb. Lionel karyerasını 1995-2000-ci illərdə oynadığı “Nyuels Old Boyz”da bitirmək arzusundadır: “Hələ nə qədər futbol oynayacağımı deyə bilmərəm. Lakin bir şey dəqiqdir ki, “Nyuels Old Boyz”a qayıdacağam. Mən bunu edəcəm. Çünki karyeramı bu komandada bitirmək, Argentina futbolu da oynamaq istəyirəm”.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ildə başa çatacaq.