Futbolçularımız polis və jandarmla yemək yedi - FOTO
07.03.2013 - 10:22
Futbolçularımız polis və jandarmla yemək yedi - FOTO
Rail Məlikovla Arif İsayev daha bir yemək ziyafətinin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, bu dəfə Dənizli Polis İdarəsinin rəisi Zəki Bulut və Dənizli bələdiyyəsi qonaqlığı təşkil edib.

Açıq havada İsveç stolu arxasına dəvət edilən komanda müxtəlif təamlardan dadıb. Ziyafətdə həmçinin Jandarma Alay komandiri Fərdi Korkmaz, Dənizlinin Gənclik Xidmətləri və İdman müdiri Ahmet İbanoğlu, “Dənizlispor”un prezidenti Süleyman Urkay və klubun İdarə Heyətinin digər üzvləri də iştirak edib.

Qeyd edək ki, “Dənizlispor” bazar günü “Çaykur Rizəspor”u evdə qəbul edəcək. Məhz bu qonaqlıq Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşma öncəsi komandada əhvalı yüksəltmək məqsədi daşıyır.