Gökdəmir millimizə kömək edə bilməyəcək
07.03.2013 - 11:06
Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmir 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Portuqaliya yığması ilə oyunlarda iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, “Hannover”in müdafiəçisinin zədəsi ciddi olduğundan, qarşıdakı rəsmi matçlardan kənarda qalmalı olacaq.
Belə ki, artıq 1 həftədir məşq etməyən Əli hazırlığını bərpa etmək üçün bu qədər müddət də gözləməli olacaq. Belə olan halda, onun millinin martın 13-dən başlayacaq təlim-məşq toplanışında iştirakı mümkün olmayacaq.
Yığmamızın digər milliləşdirilən türkiyəli futbolçusu Cihan Özkarada isə zədə baxımından problem yoxdur. Sadəcə, “Sivasspor”un hücumçusu klubunda oyun praktikası sarıdan korluq çəkir. Bununla belə, millidə hücum xəttində olan problemləri nəzərə alan baş məşqçi Berti Foqtsun onu çağırmaq fikrindədir. Onun Bakıdakı hazırlığın gedişində yığmaya qoşulacağı gözlənilir.
Eyni sözləri ölkədən kənarda oynayan başqa milli üzvlərimiz haqda demək olar. Belə ki, müdafiəçi Ruslan Abışovun “Rubin”in martın 17-də “Terek”lə Qroznıdakı matçdan sonra yığmaya qoşulacaq. Digər müdafiəçi Elhad Nəziri isə Rumıniyanın “Petrolul” klubunda növbəti həftəsonu oyundan sonra Vətənə gələcək.
Qeyd edək ki, “Qarabağ”ın milliləşdirilən serbiyalı hücumçusu Branimir Subaşiç zədəli olduğundan, qarşıdakı oyunlara çağırılmayacaq.

0
0